Muxtar respublikanın 100 illik yubileyi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş yeniyetmə qızlar arasında voleybol üzrə "Heydər Əliyev kuboku" uğrunda muxtar respublika turniri keçirilir. Yarışda iki qrupda 8 komanda “play-off” uğrunda mübarizə aparır. Bu gün yarışın keçirildiyi İlham Əliyev adına Olimpiya İdman Kompleksində ilk oyunlar reallaşıb.
Qeyd edək ki, mayın 10-u turnirin final görüşü və bağlanış mərasimi keçiriləcək.